Neftçalada motosikletin aşması nəticəsində sürücü xəsarət alıb.

Unikal.org "Reporta istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Yeniqışlaq kəndi ərazisində baş verib. Kənd sakini, 1981-ci il təvəllüdlü Salayev Samir Ədalət oğlu "İJ markalı motosikletlə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarına aşıb. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Neftçala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sürücünün sərxoş vəziyyətdə motosikleti idarə etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.