Türkiyənin İstanbul şəhərində dilənçilər insanlardan topladıqları pulları bölüşdürərkən görüntülənib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Taksim meydanında beş qadın gün ərzində vətəndaşlardan müxtəlif bəhanələrlə yığdıqları pulları bölüşüblər. Onlar bu bölüşməni edərkən ətrafdakı insanları veclərinə almayıb.

Bildirilir ki, həmin dilənçilər qrup şəkiləndə çalışır.