Müğənni Mətanət Əsədovanın sosial şəbəkədə içki içərkən çəkilən videosu yayılıb.

Unikal.org xəbər verir ki, bu görüntü sosial şəbəkədə bir çox səhifələrdə paylaşılıb.

Həmin video görüntü "18+" məzmunlu işarə ilə paylaşılıb. Yayılan videoda söyüşlər də işlədilir.

Sosial şəbəkə istifadəçiləri müğənnini bu vəziyyətinə görə tənqid edib, amma şou-biznes nümayəndələri dəstək olublar.

Müğənni Nadir Qafarzadə sözügedən videonu yayımlayaraq həmkarına bunları yazıb:

"Düşünürəm ki, kişi işi deyil insanı, əsasən də qadını gizlin çəkib paylaşmaq. Eşitdiyimə görə bunu edən polis işçisidir. Heç yaraşdırmadım. Belələri polis adına ləkədir. Bunu edən şəxs lazımi cəzasını almalıdır. Camaatın şəxsi işinə qarışmaq olmaz. Guya Azərbaycanda tək içən Mətanətdir? Bilmək olmaz o qədəhdəki araqdır, yoxsa limon qarışdırılmış su. Hamı süddən çıxmış ağ mayadır. Biz sənət adamları göz önündə olduğumuz üçün etdiyimiz hər hərəkət gözə çarpır.

"instaqram"dakı, şəhərdəki tərbiyəsizləri görən yoxdur. Onları da Mətanət edir? Ey insanlar, bəsdirin, yetər".

Prodüser Tarix Əliyev də (Tolik) Əsədovaya dəstək durub. Əməkdar artist Ədalət Şükürov da Mətanətin videosunu paylaşaraq onu yayanları qınayıb.

Videoda söyüşlər olan hissədə səs kəsilib: