SON XƏBƏRLƏR
25 Sentyabr 2018
Azərbaycanlı “qanuni oğru” Ukraynada belə saxlanıldı – FOTO (VİDEO)
KRİMİNAL 14:34 / 19.08.2018
Ukraynada Kiyev vilayətinin polisləri "Dato Ağcabədili” ləqəbli "qanuni oğrunu” saxlayıblar.

Unikal.org Rusiya mətvuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin rəis müavini Vyaçelsav Abroskin öz "facebook" səhifəsində məlumat verib:

"Dünən axşam saatlarında Kiyev polisinin əməkdaşları 1985-ci il təvəllüdlü "Dato Ağcabədili” (Məmmədov Cavid İltizam oğlu – red.) saxlayıb. Bu "turist” əvvəllər də Kiyev, mayda isə Lvov polisi tərəfindən saxlanılmış və barəsində ölkəyə gəlişi qadağa qoyulmaqla, Ukrayna ərazisindən deportasiya haqqında qərar çıxarılmışdı”.

O əlavə edib ki, Ukraynada digər "qanuni oğrular” da var və polis onları ölkədən çıxarmaq üçün əlindən gələni edəcək.