Saatlıda intihar hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, rayonun 1951-ci il təvəllüdlü Qoçubəyli kənd sakini İsgəndərov Mərdəli Sədulla oğlu özünü ov tüfəngi ilə vuraraq öldürüb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.