İspaniyanın Kastrilyo-Texereqyo yaşayış məntəqəsində bir nəfər silahlı şəxs barda atəş açıb.

Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, hadisə nəticəsində 45 yaşlı bir kişi ölüb, daha 3 nəfər isə yaralanıb. Yaralıların vəziyyəti qənaətbəxşdir. 

Barda atəş açan şəxsin 32 yaşlı kişi olduğu bildirilir. Hadisə yerindən qaçan şəxsi polis ələ keçirib. Şahidlərin sözlərinə görə, atışmaya səbəb cinayətkarla xəsarət alanlar arasında mübahisə düşməsi olub.