Ağstafa rayonunda yol qəzası nəticəsində iki nəfər xəsarət alıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, qəza zamanı 1990-cı il təvəllüdlü Nərmin Osmanova qucağındakı 1 yaşlı oğlu ilə birgə özünü maşından yerə atıb.

Müxtəlif bədən xəsarətləri alan qadın övladı ilə birgə xəstəxanaya yerləşdirilib. Onlardan N.Osmanovanın vəziyyətinin orta-ağır, övladının vəziyyətinin isə normal olduğu bildirilir.

Hazırda qəzanın səbəbləri araşdırılır.