İndoneziyanın Lombok adasında 6,9 bal gücündə zəlzələ baş verib. 

Unikal.org xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar bazar günü yerli vaxtla 14:56-da (18:56) qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Xatırladaq ki, avqustun 5-də Lombok adasının şimalında 7 bal gücündə zəlzələ baş verib və təbii fəlakət nəticəsində 436 nəfər ölüb.