Şabranda yanğın qeydə alınıb.

Unikal.org  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Şabran rayonunun Taxtalar kəndində 5 ha biçilmiş taxıl sahəsi və dağlıq ərazidə 25 ha kol-kos yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.