İsveçrədə işləyən türk vətəndaşı 28 yaşlı Oktay Elkıran bir qohumunun vasitəsi ilə tanış olduğu Şəmsi Dəmir adlı xanıma elçi gedib. Kayseri şəhərində yaşayan ailə qızlarını Oktay Elkırana verməyə razı olub. Ancaq ailə bunun qarşılığında ondan 100 ətək, 100 köynək, 20 cüt paltar və 20 min türk lirəsi istəyib. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, ailənin istəyini yerinə yetirən Elkıran əlavə olaraq 40 min lirəlik zinət əşyası alıb. Toy mərasimindən sonra gəlin "qarnım ağrıyır deyərək münasibətdə olmaqdan imtina edib. Gəlin iki gün bəyin başını bu bəhanəylə qatdıqdan sonra öz sevgilisinə qoşulub qaçıb.

Hadisədən sonra məhkəməyə baş vuran Elkıran toy üçün xərclədiyi 110 min lirəni geri istəyib. Həmin vaxt sevgilisi ilə qaçan gəlin Şəmsi Dəmir də bəydən şikayətçi olub. Ondan 50 min lirə təzminat və 500 lirə aliment istəyib. Cütlüyün boşanmasına qərar verən məhkəmə Şəmsi Dəmirin tələblərini rədd edərək, Elkırana 10 min lirə təzminat ödənməsinə qərar verib.

Ancaq məhkəməyə yenidən baş vuran qadın bu dəfə uşağının atasının Elkıran olduğu ilə bağlı məhkəmədə iddia qaldırıb.

DNT testi nəticəsində uşağın atasının Şəmsi Dəmirin qoşulub qaçdığı və sonradan ailə qurduğu S.G olduğu məlum olub.

Elkıran məhkəmədə evləndikləri 2 gün ərzində keçmiş həyat yoldaşının "qarnım ağrıyır bəhnəsilə münasibətdə olmadıqlarını deyib. O, həmçinin "Mən cümə namazına gedən zaman, 3 çamadan geyim və 8 min frank (təxm.39 min lirə) pulumu da götürüb sevgilisi ilə qaçıb. Ona əlim də dəyməyib. Bu uşaq necə mənim ola bilər? Bu məhkəmədə qazandığım 10 min lirə təzminatı pal-paltar aıb, ehtiyacı olanlara paylayacam deyə bildirib.