Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun oyun cədvəli açıqlanıb.

Unikal.org-un Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən verdiyi məlumata görə, mərkəzi oyun sayılan "Qarabağ" - "Neftçi" matçının vaxtı dəyişdirilib. Buna Ağdam təmslçisinin PFL-ə müraciəti səbəb olub. "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Moldova "Şerif"i ilə keçirəcəyi oyunlaradaha yaxşı hazırlaşmaq məqsədi ilə çempionat qarşılaşmasınınvaxtının dəyişdirilməsini xahiş edib. Komandanın avrokuboklarda çıxışını və Əsasnaməni rəhbər tutan PFL "Qarabağ - "Neftçi matçının 25 avqustdan 26 avqustakeçirilməsinə qərar verib.

Bütün görüşlərin canlı yayımlanmasını təmin etmək məqsədi ilə hər iki klubun razılıq məktubundan sonra "Zirə - "Sabah matçı ilə bağlı da dəyişiklik gerçəkləşib. Sözügedən oyun 26 avqustdan 25 avqusta keçirilib.

25 avqust (şənbə)

18:00. "Qəbələ - "Sumqayıt

Qəbələ şəhər stadionu

20:30. "Zirə - "Sabah

"AZAL Arena

26 avqust (bazar)

18:00. "Keşlə - "Səbail

"ASK Arena

20:30. "Qarabağ - "Neftçi

"Azersun Arena

Qeyd edək ki, turun bütün görüşləri "CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.