"Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın Ankaradakı səfirliyinin binasının atəşə tutulmasını qətiyyətlə pisləyir".

Unikal.org "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy deyib.
"ABŞ-ın Ankaradakı səfirliyinin və digər diplomatik missiyaların, eləcə də diplomatik nümayəndəliklərin əməkdaşlarının təhlükəsizlik tədbirləri gücləndirilib", - Hami Aksoy bildirib.
Onun sözlərinə görə, müvafiq qurumlar cinayətkarların və hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi üzərində çalışırlar.
Qeyd edək ki, dünən gecə naməlum şəxslər ABŞ-ın Ankaradakı səfirliyinin binasını atəşə tutub. Hadisə nəticəsində xəsarət alan olmayıb.