Amerika Birləşmiş Ştatlarının Ankaradakı səfirliyinə atəş açılması ilə bağlı bir nəfər saxlanılıb.

Unikal.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, saxlanılan şəxs barədə məlumat verilməyib.
Qeyd edək ki, naməlum şəxslər yerli vaxtla saat 05:00 radələrində ABŞ-ın Türkiyənin paytaxtı Ankarada yerləşən səfirliyini atəşə tutublar.
Məlumata görə, atəş yolun kənarında dayanan ağ avtomobildən açılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bildirilir ki, atəş açan şəxslər hadisə yerindən qaça bilib.