Rusiyanın Kamçatka yarımadasındakı Kronotsk qoruğunda ayı 23 yaşlı meşəbəyini parçalayıb.

Unikal.org interfaks-a istinadən bildirir ki, meşəbəyi turist qrupunu qızıl balıqların kürü tökdükləri çaya aparırdı.

Həmin çayda isə ayılar balıq tutmağı "sevir" və bu səbəbdən sahildə dəmir tordan hasar var.

Bel çantası çay sahilinə düşən meşəbəyi hasarı aşıb və çantanı axtarmağa başlayıb.

O, itkin düşüb, rasiya ilə əlaqəyə çıxmayıb. Ertəsi gün onun ayının gəmirdiyi cəsədi tapılıb.