ABŞ-da qadın pasiyentə təcavüz edən həkiim fəaliyyət lisenziyasından məhrum edilsə də, həbs olunmayıb.

Unikal.org Houston Chronicle-a istinadən bildirir ki, olay Texas ştatının inzibati mərkəzi Hyuston şəhərində yaşanıb. Məhkəmənin qərarı ilə 46 yaşlı Şafiq Şeyx cinsi zəmində cinayət törətmiş şəxs sayılıb. O, həkim fəaliyyəti lisenziyasından ömürlük məhrum olunub, 10 il şərti həbs cəzası alıb.

Hospitalda gecə növbəsində olarkən Ş.Şeyx sedativ preparatların təsirindən yatan pasiyentə təcavüzedib.

"Palata qaranlıq idi. Otağa girdi, çarpayıya yaxınlaşıb sinəmə toxundu. Düyməni basıb tibb bacısını çağırmaq istəsəm də, siqnal işləmədi. Həkim bir neçə dəfə palataya girdi, sonra mənə təcavüz etdi", - pasiyent qadın deyib.