Ağsu Rayon Yol Patrul Xidmətinin bölmə rəisi tutduğu vəzifədən azad edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər Naziri Ramil Usubovun müvafiq əmrinə əsasən, polis-mayoru Kənan Ağaəliyev vəzifəsindən uzaqlaşdırılaraq, sərəncama götürülüb. 

Sözügedən məlumatı Ağsu Rayon Yol Patrul Xidmətindən Unikal.org-a təsdiqləyiblər. Hələlik bölmə rəisinin yerinə təyinat yoxdur.

Famil Fərhadoğlu