Məşhur modellərin bədənlərinin çılpaq yerlərini meyvələrlə örtdüyü fotoşəkilləri sosial şəbəkələrdə müzakirə edilməkdədir.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, artıq Instagramın trendinə çevrilən modellərin fotoları onların şöhrətini də artırmaqdadır. Artıq modellər bədənlərini alt paltarları ilə deyil, müxtəlif meyvələrlə nümayiş etdirməkdən çəkinmirlər.

Son günlər sosial şəbəkələrdə isə, "meyvəli fotusu ilə ən çox müzakirə olunan isə İngiltərədə reality şou ulduzu, model Sophie Kasaeinindir. O, şaftalı və ananaslarla çəkdirdiyi fotoşəkil izləyicilərinin rəğbətini qazanıb.

Bununla belə, bu ilin iyul ayında İtalyan modeli Valentina Fradegrada bikinisinin əynindən çıxarıb, sinəsini ananasla bağladığı bir fotosunun paylaşımı ilə də müzakirələrə səbəb olmuşdu. Bundan sonra
Ananasla çılpaq fotusunu paylaşanlar arasında məşhur model Cənub Afrikalı Alex McGregor və Fransalı Mathilde Tantot da oldu.