19 Oktyabr 2018
18 Oktyabr 2018
Bəzi insanlar ictimai nəqliyyatda niyə yer vermir?
ARAŞDIRMA 21:14 / 11.09.2018

Böyük Britaniyada izdihamlı bir qatarda kimsə yer vermədikdən sonra körpəsini ayaq üstə əmizdirmək məcburiyyətində qalan ana sosial media vasitəsilə insanları nəzakət göstərməyə çağırmışdı.

Unikal.org bildirir ki, lakin bəzən bizi kübar bir hərəkətdən saxlayan xudbinlik deyil, onun nəticələriylə qarşılaşmaqdır.

Bir çox insan dolu avtobusda və ya metroda narahat yol getmişdir. Bəzən belə anlarda biri gəlir və oturmaq üçün ətrafına baxır. Bəzilərinin qulağında qulaqcıq, gözləri isə oyun oynadıqları telefondadır.

Bəziləri həqiqətən fərqində olmaz, bəziləri isə fərqində olmamış kimi davranmağa üstünlük verərlər.

Körpəsini ayaq üstə əmizdirmək məcburiyyətində qalan Kate Hitchens bu səbəbdən insanların çox olduğu bir qatarda ayaq üstə qaldığını söyləyir. Lakin bir çox insanın başqa səbəblərdən də oturmağa ehtiyacı olur, ancaq digər sərnişinlər yer verməyə bilərlər.

Oxford Universitetinin insan davranışları üzrə mütəxəssisi Dr. Oliver Scott Curry xudbinliyin və diqqətsizliyin bunda rol oynadığını söyləyir. Amma bəzi hallarda bunun səbəbi "topu başqasına atmaqdır". Curry "hər kəs bir başqasının bunu etməsini istəyir. "Niyə mən etməliyəm ki? Çox yorğunam" deyə bilər" deyib.

"Yer verməyən adamın üstünə qusdum"

Sosial şəbəkədə bu mövzuda şərh paylaşan qadın "4 aylıq hamilə olarkən mədəmin bulandığını söyləyərək qatarda bir insandan yer istədim. O da mənə "Əgər bərabərlik istəyirsənsə ayaq üstə qalmalısan" dedi. Sonra onun üstünə qusdum. Üzündəki şok ifadədən çox məmnun qaldım" deyir.

Bundan başqa yer verdikləri insan - hamilə bir qadın ya da başqası - tərəfindən rədd edilmək ehtimalı da var.

Curry "Səhv anlamaq qorxusu da narahatlıq yaradır. Birini köməyə ehtiyacı olaraq görmək, ya da "boss" kimi göstərmək narahatlığı vardır. Ehtiyacı olan insanlar da oturmaq üçün xahiş edə bilərlər" deyə danışıb.

"Spectator" jurnalının yazarlarından olan Mary Killen "kişilərin qadınlara və yaşlılara yer verməsinin bir ənənə olduğu vaxtları" çox yaxşı xatırlayır.

Killen "Amma indi hesab edirəm ki feministlərin başlarını üzməsindən qorxurlar" deyib.

Mary Killen

Killen-in fikrincə, rədd edilmək məntiqli bir bəhanə deyil.

"Birinin oturmağa ehtiyacı olub-olmadığı ümumiyyətlə görünür, onlar göz təması qurmağa çalışırlar. Yeri insanlar təklif etməlidir" deyir.

Hitchens məsələsinə toxunan Killen "Bu qadına yer verilməməsi fövqəladə bir vəziyyətdir. Hər kəs mobil telefonlar səbəbiylə zombiləşməyibsə, hesab edirəm ki cəmiyyət olaraq gedərək daha xudpəsənd oluruq" şərhini verib.

İkinci dərəcəli döş xərçəngi olan Rebecca Willcox xəstə olduğunu görə bilməyən yadlarla təcrübələrini anlatdığı məqalədə "Sizə görə bir neçə dayanacaq ayaq üstə getmək bir o qədər narahatlıq yaratmır. Amma mənim üçün kürəyinə davamlı dəyən zərbələr və ağrı verən sarsıntılar deməkdir" deyib.

Rebecca WillcoxRebecca Willcox

BBC-yə müsahibə verən Willcox insanların ona baxıb xəstə olduğunu başa düşməzdən əvvəl oturmaq üçün yer xahiş etdiyini söyləyir.

"Sadəcə bir dəfə biri yerindən sıçrayıb mənə yer verdi. Bəzən donquldansalar da xahiş etdiyim zaman biri qalxıb yer verir".

Willcox bir dəfə bir qadının onun xəstə olduğuna inanmadığı üçün yer vermədiyini, bir insanın da hamilə olub-olmadığını başa düşmək üçün axmaqcasına qarnına baxdığını söyləyir.

"Mənə baxan zaman xəstə olduğumu görmürsünüz. Ancaq çox gərgin bir kimyaterapiya müalicəsi alıram. Əksər hallarda mədəm bulandığı üçün oturmaq lazım gəlir".

baby on board

İctimai nəqliyyat şirkətləri nə edə bilər?

Dr. Curry London İctimai Nəqliyyat Müəssisəsini misal olaraq göstərir. Müəssisə ilk əvvəl "körpə var" yazılan döş nişanları istehsal etmişdi. İndi isə xəstəliyi görünməyən şərtlərə sahib olan insanlar üçün döş nişanları istehsal edir.

"Zəhmət olmasa, mənə yer verin" yazılan nişan 81 min dəfə istehsal edilib və New York nəqliyyat şirkəti də bunu davam etdirib.