İstanbulda 3. havalimanı inşaatında çalışan işçilər, pis iş şəraitini səbəb göstərərək etiraz aksiyası keçirib və iş buraxıblar.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin ən böyük layihəsində çalışan fəhlələr yağış altında uzun müddət xidməti avtobus gözlədiklərini, tikintinin olduğu yerə qədər yemək və digər imkanlarının çox pis olduğunu vurğulayıb. İşçilər şəraitin düzəldilməsini tələb ediblər.

İşçilərdən biri "Otaqlarımız taxta biti, pirə ilə doludur. Hər gün buradan iki ölü çıxır. Hər gün dostlarımız yaralanır" deyə bildirib.

Bildirilir ki, baykot edən fəhlələrdən 24 nəfəri saxlanılıb. 19 nəfər fəhlə məhkəmə nəzarətinə alınacaq.

Onlar "Dövlət malına zərər vermək", "Toplaşmaq və Nümayiş Qanununa qarşı çıxmaq", "polisə müqavimət", "İş və işləmək azadlığının pozulması"ına görə cəzalandırılıb.