Türkiyənin Konya şəhərində fabriklərin birində işləəyən gənc qız özünü uşaqlıqdan bəri kişi kimi hiss etdiyi üçün cinsiyyət dəyişdirməyə qərar verib.

N.P adlı gənc məhkəmədən icazə kağızı alandan sonra iyul ayında əməliyyat olub, rəhm və yumurtalıklarını aldırıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun tamamı ilə kişi ilə olması üçün növbəti əməliyyata ehtiyacıvar. Bu əməliyyat üçün 5 min dollar pul lazımdır.

O hazırda işsiz olduğunu və yardıma ehtiyacı olduğunu deyib. N.P hazırki durumu ilə belə danışıb:

"Anam, mənim özümü kişi kimi hiss etdiyimi öyrəndiyində məni dərhal psixoloqa apardı. Əvvəl heç bir problemim yoxmuş kimi davrandım. Sonra özümü asıb intihar etmə dərəcəsinə gəldim. O dövrdə tanış olduğum sevgilim məni razı saldı və həkimə getdim. Yəni bu proses belə başlayıb.

Ətrafımdakı hər kəs mənə arxasını döndü və məni istəmirdilər. Ətrafımdakı hər kəs mənə kürək dönmüşdü və məni istəmirdilər. Əvvəllər anam mənə çox reaksiya verirdi. Həkimimlə danışdıqdan sonra yanımda olmağa başladı.