22 Oktyabr 2018
21 Oktyabr 2018
Düşərgədə 13 uşaq zəhərləndi - 8 yaşlı gimnast ÖLDÜ
İDMAN 19:13 / 19.09.2018

Ukraynanın 8 yaşlı gimnastı Marqarita Lukaşuk vəfat edib.

Unikal.org TSN-ə istinadən xəbər verir ki, idmançı Slavutiçdəki sağlamlıq düşərgəsində zəhərləndikdən sonra ölüb.

O, iyul ayında zəhərlənib və iki aydan çox komada qalıb. Onun durumunun digər zəhərlənən 12 uşaqdan daha ağır olduğu bildirilib.

Faktla bağlı cinayət işi başlanılıb.