19 Oktyabr 2018
18 Oktyabr 2018
Azərbaycanlı aktrisadan hamını təəccübləndirəcək qərar - "İlk dəfədir ki, bunu edəcəyəm" - FOTO
MƏDƏNİYYƏT-ŞOU 21:52 / 19.09.2018

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası Kəmalə Müzəffər yeni seriala çəkilir.

Unikal.org xəbər verir ki, milli.az-a açıqlama verən aktrisa bu haqda danışıb:

"Hər mövsüm olduğu kimi bu mövsüm də mənə serial təklifləri oldu. Beş serial təklifindən yalnız ikisini dəyərləndirdim. Çünki keçən il serialına çəkildiyim şirkətlə qarşılıqlı razılaşmam var idi. Hal-hazırda "Təhminə və Zaur" serialında çəkilirəm. Bir komediya serialına da dəvət almışam. Gələn aydan artıq orda da çəkilişlərim olacaq. Onu da deyim ki, mən filmdə, serialda heç vaxt komik obraz oynamamışam. Bu, mənim film həyatımda bir ilk olacaq".

Qeyd edək ki, aktrisa keçən mövsüm "Ögey ana" serialında çəkilirdi.