21 Oktyabr 2018
20 Oktyabr 2018
Cüdoçularımızın ilk görüşə uğurla başladı - Dünya Çempionatı davam edir
İDMAN 11:12 / 20.09.2018
Bu gün cüdo üzrə dünya çempionatında fərdi mübarizəyə start verilib.

Bu gün Azərbaycan tarixində ilk dəfə Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatı start götürüb. 

Unikal.org xəbər verir ki, Bakıda start götürən cüdo üzrə dünya çempionatında Azərbaycanın ilk təmsilçisi tatami üzərinə çıxıb.

48 kq çəki dərəcəsində çıxış edən Aişə Qurbanlı 1/32 finalda hollandiyalı Amber Gersyeslə üz-üzə gəlib. Görüş Qurbanlının qələbəsi ilə yekunlaşıb. O, rəqibini cərimə xalları hesabına üstələyib.

Qurbanlının 1/16 finaldakı rəqibi avstraliyalı Karolin Heyn olacaq. 

Azərbaycanın daha bir təmsilçisi tatami üzərinə çıxıb.  60 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov 1/32 finalda monqolustanda Amartuvşin Bayaraa ilə üz-üzə gəlib. Səfərov qarşılaşmanın bitiminə 52 saniyə qalmış ipponla qələbə qazanıb. Onun 1/16 finaldakı rəqibi Edvin Sello (Botsvana) - Abdu Bin Nazir (Madaqaskar) görüşünün qalibi olacaq.

Bu çəkidə Azərbaycanın daha bir təmsilçisi Kəramət Hüseynov ilk görüşünü 1/32 finalda belçikalı Joran Şildermansa qarşı keçirəcək.

Qeyd edək ki, daha əvvəl Aişə Qurbanlı 1/32 finalda hollandiyalı Amber Gersyesi cərimə xalları hesabına üstələyib. Qurbanlının 1/16 finaldakı rəqibi avstraliyalı Karolin Heyn olacaq.