Türkiyədə güllələnərək qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovla bağlı hadisənin səbəbləri aydınlaşıb.

Unikal.org  "Haber Türk agentliyinə istinadən xəbər verir ki, cinayəti törədən digər azərbaycanlı iş adamı Gözəl Dəmirov ilkin ifadəsində təhdid edildiyini və bu səbəbdən silaha əl ataraq, Etimaddan daha öncə davrandığını bildirib.

Onun sözlərindən belə məlum olub ki, Etimad İsmayılovla aralarındakı mübahisə şəriklik etdikləri şirkətin 2 faizlik, yəni 4 milyon dollar dəyərindəki səhmlərinin köçürülməsi ilə bağlıymış.

Dəmirov bu səhmlərin köçürülməsinin gecikməsinə görə İsmayılov tərəfindən təhdid edildiyi üçün müdafiə məqsədi ilə birinci davrandığını bildirib.

Xatırladaq ki, Etimad İsmayılov Ədalət Partiyasının sədri, sabiq baş prokuror İlyas İsmayılovun oğludur.

Qeyd edək ki, Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov ehtiyatda olan polis polkovnikidir. O, hadisəni Etimad ismayılovun Floryadakı ofisində törədib.(modern)