22 Oktyabr 2018
21 Oktyabr 2018
Hidayət Heydərov yarımfinala yüksəldi (YENİLƏNİR)
İDMAN 13:33 / 22.09.2018
Bakıda Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya çempionatında kişilər arasında 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov 1/32 final mərhələsində misirli Mohamed Mohyeldinlə qarşılaşıb.

Unikal.org-un məlumatına görə, təmsilçimiz rəqibinə ipponla qalib gələrək 1/16 final mərhələsinə yüksəlib.

Növbəti mərhələdə R.Orucov Birləşmiş Ərəb Əmirliyinin təmsilçisi Viktor Skvortov ilə qarşılaşacaq.

Azərbaycan cüdoçusu Hidayət Heydərov da dünya çempionatına qələbə ilə başlayıb.

 73 kq çəki dərəcəsində yer alan 21 yaşlı idmançı ilk görüşündəiraqlı Sajjad Seheni yenib. O, rəqibinə ipponla qalib gəlib. Onun 1/16 final mərhələsindəki rəqibi monteneqrolu Sedrik Bessi olacaq.(12:09)

***

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

Unikal.org-un məlumatına görə, 21 yaşlı idmançı 1/4 finaldamonqolustanlı Odbayar Qanbaatara qalib gəlib. O, rəqibini vazaari xalı ilə üstələyib.

Yarımfinal və medal görüşləri saat 16:00-da başlanacaq.

Qeyd edək ki, 73 kq çəkidəki digər cüdoçu Rüstəm Orucov da 1/8 finala yüksəlib. Onun rəqibi monqolustanlı Tsoqtbaatar Tsend-Oçir olacaq.