23 Oktyabr 2018
Ronaldo “Old Trafford”u görməyəcək?
İDMAN 16:11 / 22.09.2018
Çempionlar Liqasının qrup mərhələsində "Valensiya” ilə keçirilən oyunun 30-cu dəqiqəsində meydandan qovulan "Yuventus”un hücumçusu Kriştiano Ronaldonun keçmiş komandası "Mançester Yunayted”ə qarşı oynamaması gözlənilir.

Unikal.org xəbər verir ki, portuqaliyalı futbolçu UEFA-nın İntizam Komitəsi tərəfindən 2 oyunluq cəza alarsa, 23 oktyabrda İngiltərənin "Old Trafford” stadionunda keçiriləcək "Mançester Yunayted”lə oyunda iştirak edə bilməyəcək.

Qırmızı vərəqə aldıqdan sonra göz yaşlarını saxlaya bilməyən Ronaldonun oktyabrın 2-də baş tutacaq "Yanq Boyz”la matçda forma geyinməyəcəyi dəqiqdir. UEFA-dan 3 oyunluq cəza gələrsə, 33 yaşlı hücumçu sabiq komandası "Mançester Yunayted”lə ikinci oyunu da buraxmalı olacaq.