24 Oktyabr 2018
23 Oktyabr 2018
Azərbaycanın sığorta bazarı 40 faiz artıb
İQTİSADİYYAT 19:52 / 22.09.2018
2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri 517 milyon manatlıq mükafat yığıblar. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz çoxdur.

Unikal.org-un məlumatına görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatında deyilir.

Həmin dövr ərzində sığorta şirkətlərinin ödəmələri 169 milyon manat təşkil edib ki, bu da ötən ilin ilk 8 ayı ilə müqayisədə 1,2 faiz çoxdur.

Hesabata əsasən, bazarda qeydə alınan yığımların 72 faizi (374,7 milyon manat) könüllü sığortanın, 28 faizi (142,3 milyon manat) icbari sığortanın payına düşüb. Könüllü sığorta üzrə ödəmələrin payı 74 faiz (124,6 milyon manat), icbari sığorta üzrə ödəmələrin payı 26 faiz (43,9 milyon manat) təşkil edib.