Meksikada"Heraldo de Chiapas nəşrinin jurnalisti Mario Qomes qətlə yetirilib.

Unikal.org xəbər verir ki, hadisə ölkənin Yaxalon şəhərində baş verib.

Belə ki, motosikletdə olan cinayətkarlar onu evinin qarşısında güllələyiblər. Qomes xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək olmayıb.

Qeyd edək ki, Meksikada son 18 ildə 138 jurnalist qətlə yetirilib. Məsələ burasındadır ki, Qomes hədələndiyi barədə bir müddət əvvəl polisə məlumat vermişdi.