İndoneziyada 5 bal gücündə zəlzələ olub.

Unikal.org-un ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata əsasən, hadisə yerli vaxtla şənbə günü 19:16-da baş verib.

Zəlzələ ocağının dərinliyi 73 kilometr təşkil edib. Episentr Saumlaki şəhərindən 156 kilometr cənubda yerləşib.