19 Oktyabr 2018
18 Oktyabr 2018
Bulvarda DƏHŞƏT: İnsanların gözü qarşısında...
HADİSƏ 10:24 / 23.09.2018
Bakıda intihar hadisəsi baş verib.

Unikal.org Publika.az-a istinadən xəbər verir ki,  dünən saat 22 radələrində Daxili İşlər Nazirliyinin 102 – qaynar xəttinə Dənizkənarı Milli Park ərazisindən bir nəfərin özünü dənizə ataraq intihar etməsi ilə bağlı məlumat daxil olub. Hadisə şahidləri bildiriblər ki, 35-40 yaşlı kişi "Park Bulvar” ticarət-əyləncə mərkəzinin yanında özünü suya atıb. O, suda boğularaq gözdən itib.

Müraciət əsasında polis xilasetmə qüvvələrinə məlumat verib və gecə saatlarında FHN-in əməkdaşları əraziyə gələrək meyiti sudan çıxarıb.

Hazırda intihar edən şəxsin kimliyinin dəqiqləşdirilməsi istiqamətində iş aparılır.