24 Oktyabr 2018
23 Oktyabr 2018
"Azərişıq"dan hava şəraiti ilə bağlı yaranan fəsadlarla bağlı RƏSMİ MƏLUMAT
CƏMİYYƏT 12:22 / 23.09.2018
Hava şəraitinin kəskin dəyişməsi nəticəsində yaranan fəsadlar aradan qaldırılıb. 

Bu barədə Unikal.org-a "Azərişıq" ASC-dən bildiriblər.

Qeyd olunub ki, ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi Şimal, Qərb və Cənub Regional Elektrik şəbəkələrində bəzi fəsadlara səbəb olub, elektrik verilişi xətlərində "Azərişıq" ASC əməkdaşları qabaqlayıcı tədbirlər görüb, yaranan qısa fasilələri operativ aradan qaldırıblar.

Bakı şəhəri, Binəqədi rayonu Xutor qəsəbəsində yerləşən 97 saylı yarımstansiya güclü yağışın yaratdığı sel sularına məruz qalıb, Nəsimi və Nərimanov rayonlarının Cavadxan və Hacıbəyli küçələrinin yaşayış massivlərində səhər saatlarında qısamüddətli fasilə yaranıb.