Bu gün səhər Bakıda və Abşerona yarımdadasında müşahidə olunan leysan və şimşək Bakı dəmir yolu vağzalının işinə təsir etməyib.

Bunu Unikal.org-a "Azərbaycan Hava Yolları QSC və Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətlərindən bildiriblər.

Xatırladaq ki, Bakıda və Abşeron yarımadasında bu gün arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarekterli olacağı,şimşək çaxacağı ehtimalı var. . Gecə və səhər bəzi yerlərdə leysan xarekterli olacağı ehtimalı var. Havanın temperaturu 2-4° aşağı enəcək. Cənub-şərq küləyi 5-10 m/s. əsəcək, havanın temperaturu gündüz 22-24°, axşam 20° isti təşkil edəcək.

Bu gün Azərbaycanın bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 14-19°, gündüz 23-28° isti, dağlarda gecə 6-11°, gündüz 13-18° isti təşkil edəcək.