22 Oktyabr 2018
21 Oktyabr 2018
Bakıda hasar aşdı - Maşınlar dağıntı altında qaldı (FOTO)
HADİSƏ 17:21 / 23.09.2018
Bu gün Bakı şəhərinin Yasamal rayonu ərazisində uçqun hadisəsi baş verib.

Unikal.org publika.az-a istinadən xəbər verir ki, "Hyatt Regency” otelinin yaxınlığında hasar park edilmiş avtomobillərin üstünə uçub. Hadisə nəticəsində avtomobillərə xeyli ziyan dəyib.

Uçqun nəticəsində ümumilikdə 6 avtomobil əzilib. Onlardan 4-ü yararsız vəziyyətə düşüb.

Hadisə yerinə sığorta şirkətinin nümayəndələri dəvət edilib.