19 Oktyabr 2018
18 Oktyabr 2018
"Dəmir ayaq" ləqəbli azərbaycanlı qız - FOTOLAR
MƏDƏNİYYƏT-ŞOU 18:24 / 23.09.2018
"Dəmir ayaq" ləqəbi ilə tanınan azərbaycanlı qız Bahar Nəbiyeva yenə də təəccübləndirməkdə davam edir.

Unikal.org Axşam.az-a istinadən məlumatına görə, hazırda Ukraynada yaşayan fitnes-model məşhurluğu əzələləri nəticəsində qazanıb.

Belə ki, mükəmməl bir bədənə sahib olan Baharın həddindən artıq əzələli ayaqları görənləri heyran edir.

O, bu cür bədənə idman sayəsində sahib olduğunu bildirib. Bahar heç vaxt dieta saxlamadığını da qeyd edib. Onun sözlərinə görə, əgər güclü metabolizman varsa, o zaman istədiyini yeyə bilərsən.

Nəbiyevanı İnstaqramda 2 milyondan çox insan izləyir. Onun hər paylaşımı minlərə bəyənmə və şərh toplayır.