24 Oktyabr 2018
23 Oktyabr 2018
Məşhur Çarlz Kao VƏFAT ETDİ
DÜNYA 21:11 / 23.09.2018
Professor Çarlz Kao sentyabrın 23-də 84 yaşında Honqkonqda vəfat edib.

Unikal.org xəbər verir ki, fiberoptika sahəsindəki elmi nailiyyətlərinə görə 2009-cu ildə fizika üzrə Nobel mükafatına layiq görülən alimin vəfatı barədə məlumat yayılıb. O, uzun illər Alzheymer xəstəliyindən əziyyət çəkib.

Qeyd edək ki, Çarlz Kao 1933-cü ildə Şanxayda anadan olub. 1948-ci ildə o, ailəsi ilə birlikdə Tayvan adasına, bir il sonra isə Honqkonqa köçüb. Honqkonq, Böyük Britaniya və ABŞ vətəndaşlığına malik olan Çarlz Kao telekommunikasiya sənayesinin inkişafında vacib rol oynayan fiberoptika sahəsində əhəmiyyətli tədqiqatlar aparıb. Alim London Kral Cəmiyyətinin, Kral Mühəndislik Akademiyasının, Çin Elmlər Akademiyasının, Avropa Elm və İncəsənət Akademiyasının və digər elmi qurumların üzvü olub.