19 Oktyabr 2018
18 Oktyabr 2018
”Qarqışlaq”da icazəsiz ov edən şəxs SAXLANILDI
CƏMİYYƏT 09:39 / 24.09.2018
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən brakonyerliyə qarşı mübarizə məqsədilə Ağcabədi rayonu ərazisində reyd keçirilib.

Nazirlikdən Unikal.org-a verilən məlumata görə, reyd zamanı rayonun ”Qarqışlaq” adlanan ərazisində icazəsiz ov edən şəxs saxlanılıb və ondan ov tüfəngi, çöl dovşanı, sığırçın quşu götürülüb.

Araşdırma zamanı ov edən şəxsin Ağcabədi şəhər sakini İlkin Mamedov olduğu müəyyən edilib. Faktla bağlı protokol tərtib olunub və İ.Mamedova 1508,50 manat məbləğində cərimə və ziyan tətbiq olunub.