Səbail rayonu ərazisində Milli Parkda yerləşən "Saat qülləsinin yaxınlığında Xəzər dənizindən, təxminən, 35-40 yaşlarında olan naməlum kişi meyidi aşkar edilib.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Sentyabrın 23-də aşkarlanan meyitin xarakterik əlamətləri belədir: Boyu 165-175 santimetr, arıq bədən quruluşlu, gözlərinin rəngi qara, saçları qaradır. Üzərində qısaqollu qəhvəyi zolaqlı ağ köynək, mavi cins şalvar, qara ayaqqabıları var.

Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Xidməti Zəng Mərkəzinə, həmçinin Səbail Rayon Polis İdarəsinə və 39-cu Polis Bölməsinə (012) 498-02-02, (050) 636-60-60, (055) 414-65-72, (055) 561-77-85 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.