Xəbər verdiyimiz kimi özünü Elçin Mürşüdov kimi təqdim edən şəxs müsahibəsində sərbəst güləş üzrə ölkə çempionu olduğunu, daha sonra isə UFC-yə keçdiyini deyib.

Bundan sonra qaydasız döyüş üzrə yığmaya cəlb olunmaq üçün sərbəst güləş yığmasının baş məşqçisi Firdovsi Umudova müraciət etdiyini və bunun üçün ondan 4500 manat tələb olunduğunu deyib. Özünü idmançı kimi təqdim edib federasiyanın vitse-prezidentini pul almaqda ittiham edən şəxs haqda idmançılar da etirazını bildirib.

Unikal.org xəbər verir ki, 3 qat dünya çempionu, olimpiya oyunlarının mükafatçısı Hacı Əliyev elə bir idmançını tanımadığını və onun yalan fikirlər səsləndirdiyini bildirib:

"Gördüyünüz bu insanı mən bir güləşçi kimi tanımıram. Bu insan Firdovsi müəllim haqqında yala danışır. Guya milli komandaya düşmək üçün pul istəyiblər. Allahdan qorxmaq lazımdır. Mlli komandaya düşmək üçün birinci növbədə Azərbaycan Çempionatında yer tutmaq lazımdır.

O insana kimsə öyrədib bu sözləri dedizdirir. Ayıb olsun o insanlara, bu yalan və bohtandır. Allah belə iyrənc insanlardan hər birimizi qorusun. Vətənini,millətini, bayrağını sevən insan belə hərəkət etməz.