"Xəzər dənizinin Azərbaycan hissəsində bu günə kimi tornado müşahidə olunmayıb".

Unikal.org xəbər verir ki, bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin direktoru Əkbər Həsənov deyib.

Onun sözlərinə görə, bu təbii fəlakət Xəzərin Azərbaycan hissəsi üçün xarakterik deyil: "Ona görə xarakterik deyil deyirik ki, bu günə kimi müşahidə olunmayıb".

"Sosial şəbəkələrdə yayılan videonun Xəzər dənizində olub-olmadığını müəyyənləşdirmək üçün araşdırma aparılmalıdır" - deyə, direktor bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə azərbaycanlı tərəfindən çəkilmiş, tornadonun əks olunduğu video yayılıb. Sosial şəbəkə istifadəçiləri isə bu videonun Xəzər dənizinin Azərbaycan hissəsində çəkildiyini iddia edirlər.