Məqsəd fiziki məhdudiyyətli şəxslərin hərəkətinə mane olan sürücüləri ictimai qınağa cəlb etməkdir.

Bakı Nəqliyyat Agentliyi (BNA) növbəti sosial xarakterli videoçarx hazırlayıb.

BNA-nın mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, məqsəd avtomobilini səkilərdə qeyri-qanuni park edərək piyadaların, xüsusən də fiziki məhdudiyyətli şəxslərin hərəkətinə mane olan sürücüləri ictimai qınağa cəlb etməkdir.