Bir qrup həkimin Azərbaycanın işğalı altındakı Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Unikal.org-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
"Kütləvi informasiya vasitələrində Cənubi Kaliforniyanın Adventist Sağlamlıq təşkilatından olan bir qrup həkimin cari il sentyabrın 22-26-da ölkəmizin işğal olunmuş ərazilərinə səfəri ilə bağlı yayılan məlumat tərəfimizdən araşdırılmaqdadır və bununla əlaqədar aidiyyəti diplomatik nümayəndəliklərimizə müvafiq tapşırıqlar verilib", - Nazirlikdən vurğulanıb.