24 Oktyabr 2018
23 Oktyabr 2018
Super Liqa klubunda yeni baş məşqçi
İDMAN 10:17 / 25.09.2018
Türkiyənin "Akhisarspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Unikal.org xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Cihat Arslan çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gənc mütəxəssis Akhisar təmsilçisi ilə 1+1 illik müqaviləyə imza atıb.

C.Arslan bu komandada Super Liqanın 5-ci turu çərçivəsində keçirilmiş "Ankaragücü” ilə oyundan sonra istefa vermiş Safet Suşiçi əvəz edib. Geridə qalan qısa müddətdə komandanı Avropa Liqası çərçivəsində Rusiya "Krasnodar”ı ilə ev oyununa (0:1), həmçinin "Qalatasaray”la Super Liqa matçına (3:0) Cem Kavçak çıxarıb.

Arslan əvvəllər də "Akhisarspor”da məşqçi kimi çalışıb. Bu mövsümdən isə o, TFF 1-ci liqa təmsilçisi "Adanaspor”u çalışdırırdı.