24 Oktyabr 2018
23 Oktyabr 2018
“Mercedes” ağaca çırpıldı - sürücü xəsarət aldı
HADİSƏ 12:37 / 25.09.2018
Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini Rizvan Əliyev idarə etdiyi "Mercedes” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə R.Əliyevin sərnişini, həmyerlisi Afaq Qocayeva hadisə yerində ölüb. Ağır bədən xəsarətləri alan sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.