19 Oktyabr 2018
18 Oktyabr 2018
Azərbaycanda yeni unikal silah istehsal olundu
CƏMİYYƏT 12:49 / 25.09.2018
Azərbaycanda yeni unikal silah istehsal olunub.

Unikal.org xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyinin zavodlarından birində hazırlanan yeni snayper silahı mərmi atır.

Əllə idarə olunan və 23x115 mm ölçülü snayperin çəkisi 34 kiloqramdı. Silahın atdığı mərmi 6 kilometr uzağa gedir. Silah 2 kilometri dəqiq vura bilir.

Silah ilk dəfə III "ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisində nümayiş etdirilib.

Yaxın vaxtlarda silah sınaqdan keçiriləndən sonra Azərbaycan Silahlı Qüvvələrində silahlanmaya daxil ediləcək.