Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2018" üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda səfərdə olan Türkiyənin milli müdafiə nazirinin müavini Muhsin Dərənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, görüşdə regional təhlükəsizlik, Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələrin əsas istiqamətləri, hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər məsələlər müzakirə olunub.