Yevlax rayonunda yol qəzası baş verib.

Unikal.org-un report-a istinadən məlumatına görə, hadisəYevlax şəhər Avtovağzalının yaxınlığında qeydə alınıb.

Belə ki,"Mercedes-Benz" markalı avtomobil yüksək sürətlə hərəkətdə olan zaman idarəetmədən çıxaraqbeton maneəyə çırpılıb.

Nəticədə avtomobildə olan sərnişinlər -Tovuz rayonun Bayramlı kənd sakini, 1966-cı il təvəllüdlü Bəxtiyar Mehralı oğlu Abdıyev, Gəncə sakini, 1977-ci il təvəllüdlü Kamala Nəcəfqulu qızı Əliyeva, Şəmkir rayonun Şiştəpə kənd sakinləri -1988-ci il təvəllüdlüCeyhun İsaq oğlu Hüseynov və 1996-cı il təvəllüdlü Şahanə Araz qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qəza zamanı xəsarət alan avtomobilin sürücüsü, Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Elnur Dilqəm oğlu Qocayevin vəziyyətinin isə normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.