19 Oktyabr 2018
18 Oktyabr 2018
Azərbaycan "Tufan"ı göstərdi - FOTO
CƏMİYYƏT 22:24 / 25.09.2018
Azərbaycan hərbi sahədə istifadə üçün nəzərdə tutulan "Tufan" zirehli maşınını nümayiş edib.

Unikal.org bildirir ki, zirehli texnika Bakıda keçirilən ADEX -2018 3-cü Beynəlxalq Müdafiə Sərgisinə çıxarılıb.

Uzunluğu 7300 mm olan maşının eni 2440 mm, hündürlüyü isə 2820 mm-dir.

Maşının təkər bazası 3820 mm-dir.

Ümumi çəkisi 15 min kiloqram olan texnikanın məmulat yükü 12 min kiloqram, faydalı yükü isə 3 min kiloqramdır.

Zirehli maşın artıq yaxın vaxtlarda Azərbaycan Silahlı Qüvvələrinin istifadəsinə veriləcək.