Bərdə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə Yevlax-Ağdam avtomobil yolunun Bərdə rayonu, Divanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Oka" markalı avtomobilin idarəetmədən çıxaraq dəmir məhəccərə çırpılması nəticəsində avtomobilin 1968-ci il təvəllüdlü sürücüsü Azər Həzili hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.