zərbaycanın "Azerspace-2 peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb.

Unikal.org RİA "Novosti"yə istinadən xəbər verir ki, "Azerspace-2 peyki orbitə "Arianespace şirkətinə məxsus "Ariane-5-³ ağır daşıyıcı raketi ilə göndərilib.

Buraxılış çərşənbə günü Bakı vaxtı ilə gecə saat 02:29-da start götürüb.

Peyk 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək. "Azerspace-2 peykinin orbitdə istismar müddəti minimum 15 il təşkil edəcək.

Bu, "Ariane-5" raket daşıyıcısı üçün yubiley - sayca 100-cü buraxılış olub. Onun göyərtəsində iki əcnəbi telekommunikasiya peyki - "Azerspace-2" və "Horizons 3e" var. Birinci aparat məlum olduğu kimi Azərbaycana, ikinci isə Yaponiyaya məxsusdur.

"Azerspace-2 Azərbaycanın orbitə çıxarılan üçüncü peykidir.

Peyk "Space Systems/Loral (SSL) şirkəti tərəfindən yüksək etibarlı "SSL 1300 peyk platforması əsasında istehsal olunub.

"Azerspace-2 peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Yeni peyk Azərkosmosun xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı birinci telekommunikasiya peyki - "Azerspace-1 peykinin orbitdəki ehtiyatı olacaq. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.