21 Oktyabr 2018
20 Oktyabr 2018
Axtarışda olan ata və oğlu polisə təslim oldu
KRİMİNAL 11:39 / 26.09.2018
Adam öldürməyə cəhdə görə axtarışda olan ata və oğlu polisə təslim olub.

Bu barədə Unikal.org-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış, eləcə də profilaktiki tədbirlər nəticəsində Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd), 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə axtarışda olan Ağdam rayon sakinləri Mübariz Əzimov və oğlu Ruslan könüllü olaraq Polis Bölməsinə gələrək istintaqa təslim olublar.